Uğurlu Tamamlama və Ruhlandırıcı Təcrübə
✨ Uğurlu Tamamlama və Ruhlandırıcı Təcrübə
Biz, 3-5 noyabr tarixlərində Bakıda Gestalt terapiyasının və bu unikal psixoterapiya sahəsində fenomenoloji yanaşmanın tanıdılmasına dair keçirdiyimiz seminarın nəticələrini bölüşməkdən məmnunuq.
Seminarın aparıcısı kimi təcrübəli lider, psixoterapevtik elmlər doktoru və Avropa Psixoterapiya Assosiasiyasının sertifikatlı üzvü, Riqa Geştalt İnstitutunun direktoru Artur Dombrovski çıxış edib. Gestalt terapiyası sahəsində 30 illik təcrübəsi və geniş biliyi ilə o, yaradıcılığını və peşəkar axtarışlarını seminar iştrakçıları ilə bölüşdü.
Seminar Gestalt terapiyasının əsas ideyalarının icmalına, Perlsdən bu günə qədər Gestalt terapiyasının nəzəriyyəsi və metodologiyasının inkişafına həsr olunub. Seminarın əsas məqsədi Gestalt terapiyasında fenomenoloji yanaşmanın öyrənilməsi olub.
Seminarda müxtəlif fəaliyyət sahələrindən olan insanlar, o cümlədən psixologiyanın köməkçi peşələri üzrə mütəxəssislər, sosial işçilər, müəllimlər, həkimlər, həmçinin Gestalt terapiyası üzrə başlanğıc və ya tam təhsil almış şəxslər də iştirak ediblər.
Seminar iştirakçıları Gestalt terapiyası, onun əsas prinsipləri və metodları haqqında dəyərli məlumatlar əldə ediblər. Onlar Artur Dombrovskinin təcrübəsi və yaradıcı peşə axtarışları ilə də tanış olublar. Qrup daxilində fərdi terapiya prossesini izlədilər.
Seminarın sonunda bütün iştirakçılara Gestalt Terapiyaya Giriş, Gestalt Analiz, Gestalt Terapiyada Fenomenoloji Yanaşma tematik proqramı üzrə təlimi uğurla başa vurduqlarına görə İştirak Sertifikatı təqdim olunub.
Artur Dambrovski seminarın xoşməramlı və əməkdaşlıq şəraitində keçdiyini qeyd edib. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak edib, suallar verib, təcrübələrini bölüşüblər.
O, həmçinin seminarın Azərbaycanda gestalt terapiyasının daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Gələcək İştirakçılara Dəvət: Biz bütün iştirakçılara fəal iştiraklarına görə təşəkkür edirik və dəstək verən mütəxəssisləri, həmçinin Gestalt terapiyası ilə maraqlanan hər kəsi gələcəkdə bizə qoşulmağa dəvət edirik. Özünüzü psixoterapiyanın unikal dünyasına qərq etməyə və biliklərinizi genişləndirməyə hazırlaşın.
Yeniliklərimizi izləyin və qarşıdan gələn hadisələrdən xəbərdar olun!